0
Saturday 12 September 2020 - 00:43

AB-dən Londona şok: Bu tarixədək geri çəkilməsən...

Story Code : 885712
AB-dən Londona şok: Bu tarixədək geri çəkilməsən...
Axar.az xəbər verir ki, Britaniya hökuməti bu həftə AB ilə yanvarda imzalanan razılaşmanın bəndlərini dəyişdirən yeni qanun layihəsini irəli sürüb. AB bunun münasibətlərə ciddi ziyan vurduğunu və Britaniyaya qarşı zəruri qanuni addımlar atmaqdan çəkinməyəcəyini açıqlayıb. Avropa Birliyi Britaniyaya dəyişikliklərdən imtina etməzsə, ticarət danışıqlarının təhlükə altında qalacağı barədə xəbərdarlıq da edib.

Nazirlər Kabinetinin üzvü Maykl Qov qanun layihəsini geri götürməyəcəklərini söyləyib.