0
Wednesday 29 July 2009 - 11:43

LIVAN HIZBULLAHINDAN İSRAILƏ SƏRT MESAJ

Story Code : 8860
LIVAN HIZBULLAHINDAN İSRAILƏ SƏRT MESAJ
İslam-Azeri.az internet qəzetinin Əl Mənara istinadlı xəbərinə görə Livanın cənubundakı Hıyam bölgəsində 2006-cı il iyul döyüşündə şəhid olanların xatirəsinin anım mərasinində çıxış edən Hizbullah Partiyasının İcra təşkilati işlər sədri Haşim Səfiyuddin, Amerikanın ölkənin daxili işlərinə qarışmasını tənqid edib.

Seçki nəticələrinin açıqlanmasından sonra hökumətin qurulması üçün tərəflərin bir araya gəlməsini müsbət bir addım olaraq qəbul etdiyini önə çəkən Səfiyuddin, xarici güclərin milli razılaşma hökumətinin qurulmasına maneə törətmək üçün çalışdığını bildirib.

"Amerika, bölgədə İsrailin mənfəətlərini qorumaqdan başqa bir şey etmir. İsrailin siyasətini hər vaxt tətbiq edən Amerikadır. İndi Livandakı şərəflilərin, Amerikanın Livanın daxili işlərinə müdaxilə etməsinə dayan dəmək vaxtı gəlmişdir. Çünki bu müdaxilələr Livanın başına müxtəlif bəlalar açdi. Livan, Amerikanın Livandakı səfiri və Livana gələn digər Amerikalı nümayəndələrin daxili işlərə müdaxiləsinə görə dincliyə qovuşmayacaq. Çünki Amerika Livanda, Livanlıları bir-birinə qarışdırmaq siyasətini tətbiq etməkdədir" -deyən Hizbullahın liderlər qrupunun üzvü Livanlı bəzi siyasətçilərin İsrailin varlığından narahatlıq duymalarını tənqid edərək "Livanın güvən və sabitlik içərisində yaşamasını istəyən hər kəsin vəzifəsi İsraili narahat etməkdir. Çünki İsrail, Livanın zəif olduğunu anladığı an, Livana hücum edəcək. Düşmən İsrail, İyul döyüşündə bütün dünyanın edə bilmədiyini- müqavimətin silahlarına əl qoyulmasını- etmək üçün fürsət gözləməkdədir" deyib.

Cənubi Livandakı insanların müqavimətə bağlı kəslər olduğunu ifadə edən Səfiyuddin "Gənclər və mücahidlər, müqavimətin silahına bağlıdırlar. Çünki onlar, Kfar Şuba, Şəba fermaları və işğal altındakı digər torpaqların yalnız müqavimətlə geri alına biləcəyini bilirlər. Çünki onlar azadlıq və güvən mühitinin yalnız müqavimətlə gələcəyini bilirlər" -deyib.

İsrailin 1701 saylı qərarı saymazyana,Qaceri işğal etməsi və tez-tez hava sahəsini pozmasına baxmayaraq İsraili tənqid etmək əvəzinə, Livana təzyiq etməsini tənqid edən Səfiyuddin "Əgər bir gün düşmən, Livana hücum etsə İyul döyüşündə zəfər qazanan müqavimətin, İyul 2006-dan daha güclü olduğunu bilsin. Müqavimət, Livanı müdafiə etmək və Sionist düşməni məğlubiyyətə uğratmaq üçün hər vaxt hazırdır"-deyib.
Source : İslam-Azeri.az
Comment