İşğal olunmuş Fələstində koronavirusa görə yenidən sərt karantin tətbiq edilir
Story Code : 886097
APA xəbər verir ki, bu barədə sionist rejimin “Kan” radiosu məlumat yayıb.
Məlumata görə, məhdudiyyətlər 18 sentyabr saat 14:00-dan qüvvəyə minəcək və sakinlərin evlərindən 500 metrdən çox uzaqlaşmasına icazə verilməyəcək. Bundan başqa, restoran, otel, idman salonları və hovuzlar bağlanacaq.
Qeyd edək ki, işğal olunmuş ərazilərdə ümumilikdə 153,8 min nəfər koronavirusa yoluxub, 114,6 min nəfər müalicə olunaraq sağalıb, 1,1 min insan isə virusun qurbanına çevrilib.
İslamTimes: İşğalçı İsrail rejimi koronavirusun yayılmasının qarşısını almaq məqsədilə sentyabrın 17-dən məktəblərdə dərslərin dayandırılmasına qərar verib.