0
Monday 1 August 2011 - 19:26

Suriya hadisələri məntəqənin digər hadisələrindən nə üçün fərqlənir?

Story Code : 88728
Suriya hadisələri məntəqənin digər hadisələrindən nə üçün fərqlənir?
Suriya hadisələri məntəqənin digər hadisələrindən nə üçün fərqlənir?

Məntəqədə və Şimali Afrikada ilk İslami oyanış qığılcımları ilə bunu gözləməyən və başını itirən ərəb diktatorlarının atacağı addımlar müxtəlif şəkillərdə proqnozlaşdırılırdı.

Ən ibtidai proqnoz bu idi ki, ərəb xalqlarının oyanış hərəkatını gözləməyən Qərb öz əlaltılarını dəstəkləməklə yanaşı daha güclü tərəfdə dayanmaq siyasətini izləyəcək. Sonra şəraitdən asılı olaraq növbəti fitnəkarlıqlara əl atılacaq. Bir çox məntəqə ölkələrində sabitsizlik ciddi olduğundan Qərb zahirən də olsa, xalq və inqilabçıların tərəfində dayanacaq.

İnqilabçıları dəstəkləməkdə Qərbin məqsədi yalnız öz mənafelərini qorumaqdır. Qərb bu yolda ən mühüm və ən aparıcı müttəfiqlərini qurban verməyə hazırdır. Bu barədə acı bir təcrübə qarşımızdadır. Bu təcrübəni Bin Əli və Hüsnü Mübarək bütün varlığı ilə yaşadı. Onların arxalandığı Qərb dövlətləri ikili siyasət yürüdərək tərəfləri müzakirələrə çağırdılar. Analitiklər belə bir proqnoz vermişdilər ki, Qəzzafinin süqut əlamətləri müşahidə edilən kimi Qərb öz mövqeyini sərgiləyəcək. Belə ki, müttəfiqlər tam şəkildə xalqı dəstəkləməyə başladılar. Qərb hətta olmayan sədaqətini nümayiş etdirmək üçün öz hərbi qüvvələrini (NATO) inqilabçılara köməyə göndərdi. Bəzi nümayişlərdə Amerika və NATO bayraqlarının da gözə dəyməsi həmin ikili siyasətin nəticəsidir. Uzun illər boyu Qəzzafi kimi diktatorun zülmü altında yaşamış xalq NATO-nun dəhşətli bombardmanlarını müşahidə edib Qəzzafi

ilə döyüşə qalxmış bütün dövlətləri qurtuluş mələyi kimi qəbul etdi. Bəzi inqilabçıların NATO qüvvələrini dost kimi qarşılaması hansı məntiqə əsaslanır? Bu həmin Qərbdir ki, onun Berluskoni kimi rəhbərləri Qəzzafinin ən yaxın müttəfiqi və ən səmimi dostları sayılırlar.

Qəzzafidən boğaza yığılmış Liviya xalqı əslində onun müttəfiqlərini də gülər üzlə qarşılamamalı idi.

Amerika Səddam Hüseynə qarşı da eyni hərbi gücdən istifadə etdi. Uzun illər Səddamın zülmünü dadmış İraq xalqı onun devrilməsi üçün hər şeyə hazır idi. Onlar bundan ötrü hətta Amerika işğalçılarının təcavüzü ilə barışdılar.

Səddam da Qəzzafi kimi bir zamanlar Qərbin dostu və müttəfiqi idi. Xüsusi ilə İranla müharibə dövründə bu dostluq zirvə həddinə çatmışdı. Amma belə bir nöqtəni unutmamalıyıq ki, Amerika İraq üçün nəzərdə tutduğu nəticələrə çata bilmədi. İraq müsəlmanları hazırda heç vəchlə amerikalıların İraqda qalmasını qəbul etmir. Qərbin fitnəkarlıqları məntəqə ölkələrində bir müddət təsirli olsa da, gec-tez xalqlar onların təcavüzkarlığına etiraz edəsidir.

Qısa bir müddətdə həyata keçmiş proqnozlardan biri bu oldu ki, məntəqə ölkələrində gözlənilmədən alovlanmış hərəkatların istiqamətini dəyişmək Qərbin əsas məqsədinə çevrildi. Qərbin əsas üsullarından biri fasilələrdən faydalanmaqdır. Təcrübədə görünüb ki, hərəkətdə azca fasilə yarandıqda bütün zəhmətlər puça çıxır.

Bu hadisənin oxşarı İran
İslam Respublikasında əzəmətli prezident seçkilərinin ardınca yaşandı. Xalqın seçkilərdə misilsiz iştirakı Qərbin bütün təbliğatlarını puça çıxarırdı. Amma Qərb yaranmış fürsətləri İran İslam Respublikasının əleyhinə təhlükəyə çevirə bildi.

Əgər xalq və böyük rəhbərlik məqamının sayıqlığı olmasaydı şübhəsiz Qərb öz çirkin istəklərinə çatacaqdı. Qərb inqilab dalğalarına süvar olaraq məntəqədə bütün imkanlarını işə salıb. İran İslam Respublikasında sabitsizlik yaradılması və ya İranın aparıcı müttəfiqlərindən birini qarışdırmaq Qərbə əsas məqsədə çatmaqda çox zəruri nöqtələrdir. İran xalqının sayıqlığı həmişə olduğu kimi Qərbə belə bir fürsət vermədi. İranda məqsədə çata bilməyən Qərb onun əsas müttəfiqini hədəfə aldı. Onun istəkləri qarşısında dayanan, Fələstin müqavimət hərəkatı və Hizbullahı hərtərəfli dəstəkləyən dövlət Qərbin hədəfinə çevrildi. Yaddan çıxarmayaq ki, Qərbin məntəqədəki fəallığının əsas məqsədlərindən biri sionist rejimin təhlükəsizliyini qorumaqdır. Bunu Amerikanın yüksək səlahiyyətliləri dəfələrlə bəyan ediblər. Hədəfə alınmış ölkə məntəqənin ərəb diktatorlarını da razı salmır. Bəli, bu ölkə Suriyadır. Suriya məntəqədə daim müqavimətə ciddi dəstək vermişdir. Həqiqət budur ki, ərəb diktatorları, Qərb və Amerika yaranmış fürsətdən faydalanaraq Suriya hökumətini məhv etmək qəsdindədir. Onlar müvəffəqiyyət qazanacağı təqdirdə tarixi bir istəklərinə də çatmış olurlar. Bu istək sionist rejimin
təhlükəsizliyinin təmin olunmasıdır. İmperialist qüvvələr bu minvalla həm də məntəqə ölkələrində ictimai fikiri öz xeyirlərinə dəyişməyə ümid edirlər. Suriya hadisələri 2011-ci il 26 yanvar tarixində başladı. Ərəb ölkələrində baş verən hadisələrlə Suriya hadisələrini səthi bir müqayisədən sonra aydın olur ki, Suriyadakı hadisələr həqiqətən də fərqlidir.

Suriyadakı sabitsizliklər süni şəkildə yaradılır. Qərb öz məqsədlərinə çatmaq üçün Suriyadakı fitnəkarlıqlara dəstək verir. Hansı ki, məntəqədə Ərəbistan və Qətər də diktatorları himayə edir. Suriyadakı hadisələri digər məntəqə ölkələrindəki hadisələrdən fərqləndirən cəhətləri belə sıralaya bilərik:

1. Suriya istisna olmaqla inqilab baş vermiş bütün ölkələrdə sabitsizlik ABŞ, İsrail və Qərbin mənafelərinə ziddir. Yalnız Suriyadakı qeyri-sabitlik Amerika və İsraili razı salır.

2. İnqilabi oyanış yaşayan bütün ərəb ölkələrində inqilab mərkəzi ölkənin paytaxtıdır. Tunis, Misir, Yəmən, Bəhreyn paytaxtı inqilabçıların əsas mərkəzidir. Təsadüfi deyil ki, “Təhrir” kimi meydanlar məşhurlaşmışdır. Suriyada isə qeyri-sabitlik sərhədyanı şəhərlərdə yaşanır. Bu günə qədər Dəməşqdə Bəşar Əsədə müxalif nümayişlər qeydə alınmayıb.

3. Sərhədyanı şəhərlərdə sabitliyin pozulması Suriya hadisələrinin pərdəarxasını aça bilər. Dəməşq dəfələrlə elan edib ki, Türkiyə, İordaniya, Livan ərazisindən xüsusi silahlı dəstələr nümayişçilərə atəş açıblar. Bu iddianı təsdiq edən dəlillər də var. Belə ki, Suriya təhlükəsizlik
qüvvələri nümayişçilərə atəş açan müzdurları ələ keçirə biliblər.

4. Tarix boyu Suriyanın Fələstin və Hizbullahı dəstəkləməsi Qərb və İsraili narahat edib. Bu ölkənin İranla qonşu olması da Qərb və İsrail üçün xüsusi problem yaradıb. Suriyada qeyri-sabitliyin imperialistlər tərəfindən sadəcə müşahidə olunması təsəvvürü kökündən yanlışdır. Suriya hadisələrində İsrail və Qərbin əlinin olmaması gülünc bir iddiadır. Digər məntəqə ölkələrində isə kökündən fərqli münasibət müşahidə edilir.

5. Bir ölkədə inqilabi hərəkat göstəricisi olaraq nümayişçilərin sayı əhəmiyyət kəsb edir. Siz məntəqə ölkələrində baş verən inqilablarda nümayişçilərin sayına baxın. Xüsusi ilə paytaxt şəhərlərdə yüz minlərlə, sayı milyona çatan nümayişçilərin iştirakı bütün informasiya agentlikləri tərəfindən təsdiqlənir. Bu ölkələrdə xalqın bir istəyi var. Qərbin əlaltısı olan diktatorlar getməlidir. Keçək Suriyaya Qərb və Suriyanın müxalifi olan ərəb informasiya vasitələri bu ölkədəki nümayişlərdən danışarkən yalnız “minlərlə nümayişçi” ifadəsini işlədirlər. hadisələr isə yalnız sərhədyanı şəhərlərdə baş verir.

Maraqlı nöqtələrdən biri budur ki, Suriya hadisələrində qətlə yetirilənlərin sayı ilə bağlı məlumatlar BBC, Reuters, Associated Press, Əl-Cəzirə, Əl-Ərəbiyyə kimi imperializmdən asılı şəbəkələr vasitəsi ilə yayımlanır. Onlar öz informasiyalarında müxalifətdən olan bir şahidin və ya bir hüquq müdafiəçisinin
sözünü sübut göstərirlər.

6. Bütün ərəb diktatorları inqilabçıları qiyamçı adlandırıb onlara qarşı heç bir cinayətdən çəkinməyiblər. Onlar öz ölkələrindəki inqilabların yatırılmaları üçün bir-birləri ilə həmkarlıq edib, Fars Körfəzi həmkarlıq şurasında müzakirələr aparıblar. Amma Suriyada qeyri-sabitlik müşahidə edilən kimi dərhal qiyamçıları himayə ediblər. Demək, Suriya hökuməti ərəb diktatorları tərəfindən himayə olunmayan yeganə hökumətdir. Muzdlu qiyamçıları himayə edən isə ərəb diktatorlarına bağlı Əl-Ərəbiyyə və Əl-Cəzirə kanallarıdır.

Dəməşqə qarşı münasibətdə ərəb diktatorları ilə ABŞ, İsrail və Qərb həmrəydir.

7. Suriya hökuməti digər ərəb ölkələrindən fərqli olaraq padşahlıq deyil və hakimiyyət irsi yolla ötürülmür. O biri ərəb ölkələrində bütün hakimiyyət bir ailənin əlində cəmləşib. Suriyada hakim rejimi diqqətlə araşdırdıqda onun fərqli cəhətləri aydın olur.

Suriyada ən azı 10 siyasi partiya fəaliyyət göstərir. Hansı ki, o biri ərəb ölkələrində partiya anlayışı yoxdur.

8. Oxşar hadisələr oxşar həll yolu tələb edir. Bəs nə üçün Bəhreyn, Yəmən, İordaniya, Ərəbistan hakimiyyəti ilə müqayisədə Suriya hökumətinə qarşı fərqli münasibət sərgilənir? Cavab tam aydındır. Qərb gözəl anlayır ki, Suriya hadisələri digər ərəb ölkələrindəki hadisələrdən köklü fərqlənir. Elə bu səbəbdən də Suriyaya fərqli münasibət sərgilənir, fərqli həll yolu axtarılır.

"IslamTimes" - Tərcümə şöbəsi

Source : Müəllif: Cəfər Büluri
Comment