Bu barədə "Həşd Şabi" hərəkatı yaydığı məlumatda diqqətə çatdırıb.
Məlumatda vurğulanır ki, Mosul şəhərinin cənubunda terrorçuların gizləndiyi və terror fəaliyyətləri icra etmək istəmələri barəsində İraq təhlükəsizlik qüvvələrinə məlumat daxil olub.
Bu səbəblə də "Həşd Şabi" hərəkatının 30-cu briqadası bölgəyə yollanıb və hal-hazırda hərbi əməliyyat davam edir.
Yaxın günlərdə ictimaiyyətə hərbi əməliyyatla bağlı ətraflı məlumatın veriləcəyi də qeyd olunur. /Eeastnews/