0
Thursday 24 September 2020 - 15:34

ABŞ-dan İranla bağlı ziddiyyətli açıqlamalar

Story Code : 888154
ABŞ-dan İranla bağlı ziddiyyətli açıqlamalar
ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü Morqan Ortequs CNBC kanalı ilə müsahibəsi zamanı təzadlı açıqlamalar verib. O bildirib ki, ABŞ İrana qarşı təzyiqləri ən yüksək həddə çatdırmaq ardıncadır. Amma daha sonra Ortequs ABŞ-ın İranla daha yaxşı razılaşmaya nail olmaq üçün bu ölkə ilə danışıqlar yoluna üstünlük verdiyini bildirib. 

Ortequs işğalçı İsrail rejimini də dəstəklədiklərini bildirərək İranı "düşmən" adlandırıb və deyib: "Biz bu dövlətdə düşmənlərimizi mükafatlandırmağı yox, Fars Körfəzi ölkələrini, müttəfiqlərimizi mükafatlandırmaq yolunu seçdik!"

ABŞ beynəlxalq təşkilatların koronavirus pandemiyası dönəmində sanksiyaların dayandırılması göstərişinə nəinki əhəmiyyət verməyib, hətta İran və bir neçə dünya ölkəsinə daha ağır sanksiyalar tətbiq edərək, onların pandemiya ilə mübarizə üçün lazım olan dərman preparatları almasına da maneçilik törədir.
Source : IslamTimes