0
Saturday 26 September 2020 - 10:30

BƏƏ "F-35" qırıcı təyyarələrini almaq üçün ABŞ-a rəsmi müraciət etdi

Story Code : 888505
BƏƏ "F-35" qırıcı təyyarələrini almaq üçün ABŞ-a rəsmi müraciət etdi
"Bloomberg"in adı açıqlanmayan Amerika rəsmilərinə istinad etdiyi xəbərdə BƏƏ-nin İsrail ilə razılaşmadan bir həftə sonra rəsmi müraciət etdiyi qeyd edilib.   

Məlumata görə, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) və Dövlət Departamentinin rəsmiləri İsrailin silah mövqeyi üstünlüyünün qorunub saxlanacağına dair zəmanət verərkən potensial silah satışı ilə bağlı açıqlama verməkdən yayınıb.   

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp və baş məsləhətçisi Jared Kuşner BƏƏ-yə "F-35" qırıcı təyyarələrinin satışı üçün yaşıl işıq yandıran açıqlamalar vermiş, i.]al,;İsrail isə satış ehtimalından narahatlığını dilə gətirmişdi. /EastNews/