0
Sunday 27 September 2020 - 14:54

Bayden: Tramp yalançıdır!

Story Code : 888737
Bayden: Tramp yalançıdır!
Demokrat Partiyasının 2020-ci il ABŞ prezident seçkilərinə namizədi Co Bayden BBC-yə verdiyi müsahibədə prezident Donald Trampla debata görə narahat olmadığını bildirib.

Bayden deyib: "Mən elə düşünürəm ki, bu (debat) sadəcə açıq bir hücum olacaq. Tramp daha çox şəxsi məsələlər barədə danışacaq. Bu onun bacardığı yeganə işdir."

Bayden əlavə edib: "O (Tramp) faktlarla bağlı necə müzakirə edəcəyini bilmir, çünki o qədər də ağıllı deyil. O bir çox həqiqətlər barədə məlumatsızdır. Tramp xarici və daxili siyasət, habelə (bu məsələlərin) təfərrüatları barədə çox şey bilmir. Xalq bunu da yaxşı anlayır ki, bu prezident bir yalançıdır!"

Baydenlə Tramp arasında ilk seçki debatı bu həftə çərşənbə axşamı Ohayo ştatının Klivlend şəhərində keçiriləcək.
Source : IslamTimes