0
Tuesday 29 September 2020 - 15:07

İlk debatdan öncə Bayden Trampı üstələdi

Story Code : 889144
İlk debatdan öncə Bayden Trampı üstələdi
Hill veb saytı və Harris Tədqiqat İnstitutu tərəfindən müştərək şəkildə aparılmış sorğuya əsasən, Bayden bütün ABŞ ərazisində Trampdan 5 faiz daha artıq səs qazanıb.

Araşdırmaya görə, Bayden ilk seçki debatından öncə Amerika xalqının 45 faizinin dəstəyini qazanıb. Tramp isə seçilərin 40%-nin dəstəyinə sahibdir.

Bayden və Trampın arasında ilk seçki debatının çərşənbə günü keçirməsi planlaşdırılır. Co Bayden Trampın bu debatda şəxsi məsələlərlə bağlı hücumlar planlaşdırdığını və söyləyəcəyi yalanlarla onu "vurmağa" hazırlaşdığını bildirib.

Qeyd edək ki, iki ABŞ universitetinin hazırladığı digər anketlərə əsasən Bayden ABŞ əyalətlərində Trampdan 10 faiz daha artıq səs toplayıb.

Source : IslamTimes