0
Sunday 4 October 2020 - 21:55

Əl-Kazimi: Bəziləri İranla yaxşı münasibətlərimizi pozmaq istəyir

Story Code : 890145
Əl-Kazimi: Bəziləri İranla yaxşı münasibətlərimizi pozmaq istəyir
İraq baş naziri Mustafa Əl-Kazimi ölkəsinin xarici dövlətlərlə əlaqəsindən danışıb. Əl-Kazimi deyib: "Bu hökumətdə biz tarazlıq siyasətinə əməl edirik. Digər ölkələrin işlərinə qarışmırıq. Ərəb ölkələri ilə münasibətlərimiz də yaxşıdır. İran İslam Respublikası ilə də yaxşı münasibətlərimiz var və bu münasibətləri qorumağa çalışırıq. Təəssüflər olsun ki, bəzi qüvvələr İranla-İraq arasındakı rabitələrə zərbə vurmağa çalışır. Amma biz buna imkan verməməliyik."

Kazimi ABŞ-la münasibətlərlə bağlı deyib: "ABŞ indiyədək bir neçə dəfə İraqa qarşı böyük səhvlərə yol verib, amma diktator Səddamın süqutuna da kömək ediblər. Bu gün onlarla bəzi rabitələrimiz olduğuna görə utanmamlıyıq."

İraq baş naziri ölkəsinə heç zaman xəyanət etməyəcəyini və həzrət Hüseynin (ə), səhabələrin və İbrahim peyğəmbərin dəyərlərinə önəm verən ailə tərbiyəsi ilə böyüdüyünü bildirib.
Source : IslamTimes