0
Monday 5 October 2020 - 09:07

Parisdə ən yüksək koronavirus xəbərdarlığı elan ediləcək

Story Code : 890184
Parisdə ən yüksək koronavirus xəbərdarlığı elan ediləcək
APA-nın məlumatına görə, Paris bölgəsi gündəlik infeksiya sayının artması fonunda ən yüksək koronavirus xəbərdarlığına məruz qalıb.

Yeni məhdudlaşdırıcı tədbirlər Paris Bələdiyyə Başçısı Anne Hidalqo tərəfindən brifinqdə elan ediləcək və çərşənbə axşamı günü qüvvəyə minəcək. Yeni tədbirlər yəqin ki, restoran və barların bağlanmasına səbəb olacaq.

Səhiyyə naziri Olivier Veran əvvəllər epidemioloji vəziyyətin müsbətə doğru dəyişməyəcəyi təqdirdə Parisin maksimum həyəcan vəziyyətinə gətiriləcəyini xəbərdar etmişdi. 

Qeyd edək ki, Parisdə koronavirus infeksiyasının sayı bir neçə həftə ərzində durmadan artır.