0
Tuesday 6 October 2020 - 19:32

"Məhəmməd bin Salman dəfələrlə Tel-Əvivə səfər edib"

Story Code : 890540
"Məhəmməd bin Salman dəfələrlə Tel-Əvivə səfər edib"
"The Jerusalem Post" qəzetinin verdiyi xəbərə əsasən, işğalçı İsrailin "Shin Bet" (Şabak) təhlükəsizlik idarəsinin sabiq əməkdaşlarından biri Səudiyyə vəliəhdi ilə bağlı şok məlumatlar verib. Mənbə bildirib ki, uzun illər müsəlmanları aldadaraq özünü İslam dünyasının rəhbəri kimi göstərən, müsəlmanların ilk qibləsi olan Qüds və Fələstinin himayəçisi olduğunu iddia edən Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman dəfələrlə gizli şəkildə sionist rejim rəsmiləri ilə görüşmək üçün işğal olunmuş Fələstin torpaqlarına səfər edib. 

Yüksəkrütbəli sabiq Şabak məmuru deyib: "Fələstin Muxtariyyatının prezidenti Mahmud Abbasın 84 yaşı var. Bir sıra cismi problemləri də olan Mahmud Abbasın bundan sonra uzun müddət yaşayacağını düşünə bilmərik. Artıq ərəb ölkələri də İsrail ilə münasibətlərin bərpasını Fələstinlə əlaqələrdən daha üstün tutur..."

Səudiyyə Ərəbistanı vəliəhdinin də sionist rəsmilərlə gizli sövdələşmələr üçün Tel-Əvivə yollandığı iddia edilir.
Source : IslamTimes