Bu gün Qahirədə Misirin sabiq prezidenti Hüsnü Mübarəkin məhkəmə prosesi başlayır. Milli.Az xəbər portalının "Azadlıq" radiosuna istinadən verdiyi məlumata görə, bu məqsədlə Şarm-əş-Şeyxdə müalicə alan 83 yaşlı Mübarək vertolyotla Qahirəyə aparılıb.
Sabiq Misir prezidenti diktator Hüsnü Mübarəklə yanaşı, məhkəmə qarşısına onun 2 oğlu, sabiq daxili işlər naziri Həbib Adli və daha 6 keçmiş məmur da çıxarılır. Onlar 2011-ci ilin yanvar-fevral aylarında hökumət əleyhinə keçirilən nümayişlər zamanı 850 nəfərin qətlində təqsirləndirilirlər.