0
Sunday 11 October 2020 - 00:11

ABŞ-da növbəti etirazlar - 28 nəfər saxlanıldı

Story Code : 891383
ABŞ-da növbəti etirazlar - 28 nəfər saxlanıldı
"ABC News" kanalının məlumatına görə, ABŞ-da qaradərili gənci güllələyərək qətlə yetirən Wauwatosa şəhəri polis idarəsinin əməkdaşı Joseph Mensahın bəraət almasından sonra Wisconsin ştatının Wauwatosa şəhərində növbəti etiraz dalğası başlayıb.

Wisconsin ştatının Milwaukee, Wauwatosa və digər bir neçə şəhərində ABŞ polisi və hakimiyyətin qaradərililərə qarşı irqçi davranışına etiraz edən yüzlərlə amerikalı küçələrə axışıb.

Polis iddia edib ki, saxlanılan 28 nəfərdən bəziləri yolu bağlayaraq nəqliyat vasitələrinin hərəkətinə mane olub, bəziləri isə müxtəlif əşyalara od vuraraq çaxnaşma yaratmağa çalışıb.

"ABC News" saxlanılanlardan bir neçəsinin yaralandığını da bildirib.

Qeyd edək ki, qaradərili Corc Floydu xüsusi amansızlıqla boğaraq öldürən polis işçisi Derek Çauvin də bir neçə gün öncə  həbsdən azad edilib.
Source : IslamTimes