0
Monday 12 October 2020 - 09:45

Belarusda aksiyalar zamanı 500-dən çox etirazçı saxlanılıb

Story Code : 891557
Belarusda aksiyalar zamanı 500-dən çox etirazçı saxlanılıb
APA xəbər verir ki, bu barədə “Vesna” hüquq müdafiəsi mərkəzi məlumat yayıb.

Təşkilatın saytında dərc olunmuş siyahıda 501 nəfərin adı yer alıb. Bildirilir ki, həbs olunanların arasında Belarus biatlonçusu, dörd qat Olimpiya çempionu Daria Domraçevanın qardaşı, arxitektor Nikita Domraçev də var. Həmçinin etirazlar aksiyalarını işıqlandıran 40-dan çox media nümayəndəsi saxlanılıb, onların əksəriyyəti artıq sərbəst buraxılıb.

Aksiyalar Berezovka, Brest, Bobruysk, Vitebsk, Qomel, Grodno, Jlobin, Kobrin, Moqilyev, Molodeçno, Soliqorskda qeydə alınıb. Minskdə müxalifət “Qürur yürüşü” keçirməyə cəhd etsə də, təhlükəsizlik qüvvələri onun qarşısını alıb.