0
Monday 12 October 2020 - 09:30

ABŞ-da 11 yaşlı yeniyetmə məktəb avtobusunu qaçırıb

Story Code : 891574
ABŞ-da 11 yaşlı yeniyetmə məktəb avtobusunu qaçırıb
“Report”un məlumatına görə, bu barədə polisə istinadən yerli WBRZ telekanalı xəbər verir.

Məlumata görə, yeniyetmə avtobusa soxulub və mühərriki işə salıb. Polis yerli vaxtla təxminən saat 11:00-də (Bakı vaxtı ilə saat 20:00 - red) qaçırılmış avtobusu təqib etməyə başlayıb. Avtobus yarım saat sonra əvvəlcə qaz kəmərinə, sonra isə ağaca çırpılıb.

Polislər avtobusu mühasirəyə alıblar, yeniyetməni nəqliyyat vasitəsindən çıxararaq qollarını qandallayıblar.

On bir yaşlı oğlan avtomobil oğurluğu və ağırlaşdırılmış zorakılıq da daxil olmaqla, bir neçə ittiham üzrə yetkinlik yaşına çatmayanların saxlanılması mərkəzinə aparılıb.
Related Stories