0
Tuesday 13 October 2020 - 13:43

Facebookun "ifadə azadlığı": "Holokost"un yalan olduğu ilə bağlı paylaşımlar silinəcək!

Story Code : 891818
Facebookun "ifadə azadlığı": "Holokost"un yalan olduğu ilə bağlı paylaşımlar silinəcək!
Facebook belə bir qərar verməsinə səbəb kimi dünyada "artan" antisemitizmi və xüsusilə gənclər arasında Holokost barədə yetərli məlumat olmamasını göstərib.

Facebook, 18-39 yaş arasındakı amerikalı yetkinlər arasında sorğu keçirdikdən sonra məlum olub ki, təxminən sorğuda iştirak edənlərin 25 faizi Holokostun bir əfsanə olduğu və ya həddindən artıq şişirdildiyi qənaətindədir.

Sionist lobbiləri Facebookun bu qərarını alqışlayaraq, bir neçə ildir bu qadağaya nail olmağa çalışdıqlarını bildiriblər.

Artıq 16 ölkədə "Holokost"a qarşı şübhə ilə yanaşmaq qanuna ziddi əməl kimi tanınır. Avstriya, Belçika, Kanada, Çex Respublikası, Fransa, Almaniya, Macarıstan, Lixtenşteyn, Litva, Lüksemburq, Hollandiya, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya və İsveçrə Holokostun əfsanə sayılmasına qadağa qoymuş ölkələrdir. Amma maraqlı olan budur ki, bu ölkələrdə İslama qarşı təhqiramiz davranışlar və İslamın müqəddəsliklərini hədəf almaq “ifadə azadlığı” kimi qəbul edilir və qarşısı alınmır!
Source : IslamTimes