0
Wednesday 14 October 2020 - 19:39

Ərdoğan: Suriyadan Azərbaycana döyüşçü yollamamışam

Story Code : 892054
Ərdoğan: Suriyadan Azərbaycana döyüşçü yollamamışam
Ermənistan və Azərbaycan Respublikası arasında işğal olunmuş Azərbaycan əraziləri ilə bağlı hərbi qarşıdurma haqda danışan Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan, Minsk Qrupunun münaqişə ilə əlaqəli tədbirlər üçün gecikdiyini söyləyib.

Türkiyə prezidenti çıxışı zamanı bir daha Azərbaycan Respublikasını dəstəkləyib və Dağlıq Qarabağ bölgəsinin Azərbaycana geri qaytarılmalı olduğunu bildirib.

Türkiyə prezidenti millət vəkilləri qarşısında danışarkən Ankaranın Ermənistanla döyüş üçün Suriyadakı silahlıları Azərbaycana göndərmədiyini bildirib.

Qeyd edək ki, bir çox KİV-də Suriyada hakimiyyətə qarşı döyüşən üsyançı dəstə rəhbərlərinin video çıxışı yayımlanıb. Suriyalı silahlılar Türkiyə prezidentinə onlara göstərdikləri köməyə görə mənəvi borclarını ödməyə hazır olduqlarını bildiriblər. Onlar Azərbaycana gələrək Ermənistanla döyüşlərə qatılmaq istədiklərini söyləyiblər.
Source : IslamTimes