Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın Sofiyadakı səfirliyindən məlumat yayılıb.
“Səfirlik ABŞ Hərbi Hava Qüvvələrinin istismardan çıxarılan iki F-16 təyyarəsini Konqresinin təsdiqini aldıqdan sonra Bolqarıstana təhvil vermək niyyətində olduğunu məmnuniyyətlə elan edir”, - məlumatda bildirilib.
Təyyarələrin Bolqarıstanın “Lockheed Martin” şirkətindən səkkiz ədəd “F-16 Block 70” təyyarəsi alması ilə əlaqədar olaraq bağışlanacağı qeyd edilib.