Düşmən Qəbələ, Siyəzən və Kürdəmirə ballistik raketlər atdı - Video
Story Code : 893417
Müdafiə Nazirliyindən Axar.az-a verilən məlumata görə, düşmən tərəfindən saat 07.00 radələrində Siyəzən rayonu istiqamətində 3 raket, saat 09.00 radələrində isə Qəbələ rayonu istiqamətində 2 raket və Kürdəmir rayonu istiqamətində 1 raket buraxılıb.
Ermənistan silahlı qüvvələrinin hədəfi dinc əhali və mülki infrastruktur olub.