0
Thursday 22 October 2020 - 13:28

Avropa Parlamentindən sonra ABŞ-da da Səudiyyə Ərəbistanının boykotu tələb edildi

Story Code : 893441
Avropa Parlamentindən sonra ABŞ-da da Səudiyyə Ərəbistanının boykotu tələb edildi
"Fox News" xəbər verir ki, ABŞ Nümayəndələr Palatasının 45 üzvü ABŞ Dövlət katibi Mayk Pompeoya ünvanladıqları məktubda Səudiyyə Ərəbistanının rəhbərliyi ilə keçiriləcək G20 zirvəsini boykot etməyi tələb ediblər.

Konqres üzvləri ABŞ hökumətindən tələb ediblər ki, rəsmi Vaşinqton Səudiyyə Ərəbistanının insan haqları ilə bağlı ləkəli tarixində dəyişiklik etməsi üçün bu ölkəyə təzyiq göstərsin.

Konqres üzvləri, Dövlət katibi Mayk Pompeoya yazdıqları məktubda bildirib ki, Səudiyyə Ərəbistanı insan haqları ilə bağlı acınacaqlı vəziyyəti yaxşılaşdırmaq zəminində təcili addım atmazsa ABŞ G20 zirvəsində iştirak etməkdən imtina etməlidir. Konqresmenlər Səudiyyə Ərəbistanı ilə gələcəkdə əlaqələrin qurulması üçün insan hüquqları sahəsində islahatların bir şərt olaraq irəli sürülməli olduğunu bildiriblər.

Qeyd edək ki, bir neçə gün öncə Avropa Parlamentinin 65 üzvü də eyni səbəbdən Səudiyyə Ərəbistanının rəhbərliyi ilə keçiriləcək G20 Sammitinin boykot edilməsini tələb etmişdi.
Source : IslamTimes