0
Monday 26 October 2020 - 08:01

Fransızların Makrona inamı azalır

Story Code : 894047
Fransızların Makrona inamı azalır
Avqust ayında Emmanuel Makrona olan 41 faizlik inam sentyabr ayında 2.4 faiz azalaraq, 38.7-yə enib.

Sorğu sentyabr ayında 7 fərqli anket-sorğu şirkəti tərəfindən aparılıb.

Digər yandan, Baş nazir Kasteksin populyarlığı vəzifəyə təyin edildiyi iyul ayında 49.4-dən sentyabr ayında 42.29-a düşüb.

Ötən ay ölkədə aparılan bir araşdırma Fransa xalqının 65 faizinin pandemiyaya qarşı mübarizədə hökumətə etibar etmədiyini ortaya çıxarıb. Respondentlərin 45 faizi hökumətin pandemiyaya qarşı lazımi tədbirlər görmədiyini bildirib. /Teleqraf/