0
Tuesday 27 October 2020 - 08:47

Ermənistan MN Qubadlının azad olunmasını təsdiqlədi

Story Code : 894252
Ermənistan MN Qubadlının azad olunmasını təsdiqlədi
Axar.az xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Ovannisyan bu gün verdiyi açıqlamada Azərbaycan Ordusunun Qubadlı şəhərini azad etdiyini təsdiqləyib.

Hər zaman geri çəkilmələrini “artıq itki verməmək”, “daha uğurlu mövqe üçün” sözləri ilə “əsaslandırmağa” çalışan və “hansısa mövqelərdən geri çəkildik” deyə, heç vaxt konkret ad çəkməyən Ovannisyanın bu dəfə Qubadlının azad edilməsini təsdiqləməsi diqqətdən yayınmır.

Belə görünür ki, artıq ağır məğlubiyyəti xalqdan gizlətməyin mümkün olmadığını anlayan düşmən bundan sonra bəzi etirafları edəcək.