0
Saturday 7 November 2020 - 22:34

Fransada 3-ü türk olmaqla 4 uşaq 11 saat polisdə dindirildi

Story Code : 896527
Fransada 3-ü türk olmaqla 4 uşaq 11 saat polisdə dindirildi
Fransanın Albertville şəhərində səhər saatlarında 4 evə basqın edilib. Bu evdə yaşayan uşaqlar polis idarəsinə aparılıb. Polis uşaqları Hz. Məhəmmədi təhqir edərək onun karikaturalarını çəkən Samuel Pati cinayəti ilə bağlı dindirib.

Dəhşətli məqam polisin 10 yaşındakı uşaqları "terrora yardım" ittihamı ilə dindirməsi olub.

11 saatdan sonra azad olunan uşaqlar bildirib ki, Fransa polisi onlardan "namaz qılırsınızmı", "oruc tutursunuzmu" kimi suallar soruşub.

Uşaqların valideynləri məktəbli uşaqlara qarşı bu amansız əməliyyata görə Fransa polisini məhkəməyə verəcək.
Source : IslamTimes
Related Stories