0
Friday 31 July 2009 - 00:10

ABŞ VƏ MOSSAD BIR ARAYA GƏLDI

Story Code : 8972
ABŞ VƏ MOSSAD BIR ARAYA GƏLDI
FaktXəbərin İsrailin "DEBKA" internet saytına istinadən verdiyi məlumata əsasən, Obamanın məsləhətçiləri və MOSSAD sədrləri bir araya gələrək İran mövzusunda görüş keçirib. İsrail kəşfiyyat və ordu qaynaqlarına yaxınlığı ilə bilinən "DEBKA" saytı, görüşdə İran İslam Respublikasında qanuni prezident olan Mahmud Əhmədinejadın hakimiyyətdən salınması və İslam Respublikasının devrilməsi barədə fikir mübadiləsi aparılıb. Verilən məlumata görə, yığıncaqda ABŞ rəhbərliyini prezident Barak Obamanın Milli Təhlükəsizlilk məsələləri üzrə məsləhətçisi Ceyms Cones, sədr müavini Villiam Burns və ABŞ-ın İran üçün xüsusi nümayəndəsi Dennis Ross təmsil edib. Qeyd edək ki, İsraili isə bu görüşdə MOSSAD sədri Meir Daqan, Kəşfiyyat naziri Dan Meridor, Hərbi Kəşfiyyat rəsmisi Amos Yadl və Milli Təhlükəsizlik Şurasının sədri Uzi Arad təmsil ediblər.

Nəzərinizə çatdıraq ki, Vaşinqton və İsrail, Tehranı "Sentyabr ayına qədər iki ay gözləmək" mövzusunda razılaşıb və bu müddət ərzində tətbiq olunacaq hərbi və diplomatik təzyiq üçün əməkdaşlıq qərarı verilib. Eyni zamanda, işğalçı ABŞ rəhbərliyi sionist İsraildən bu iki ay ərzində İrana qarşı hər hansı bir hücum etməməsini, yalnız "səs-küy çıxartmasını" istəyib.

Xatırladaq ki, işğalçı ABŞ ilə qəsbkar İsrailin MOSSAD təşkilatı arasında reallaşan görüş bir daha onu göstərir ki, həqiqətən də ABŞ və İsrailin mövcudluğu dünyada olan sabitliyi pozur və təhlükə yaradır. Əslində qəsbkar, işğalçı, terrorçu olan bu iki dövlət özlərini demokratiya, insan haqqlarının sahibi kimi göstərərək öz mənfur niyyətlərini həyata keçirirlər. Bu iki ölkənin İran İslam Respublikasına aid fikir və əməlləri bir daha ABŞ və İsrailin əslində İslam dini ilə olan düşmənçiliyini ortaya qoyur.
Source : Faktxeber.com
Comment