0
Saturday 6 August 2011 - 18:28

"Hicaba azadlıq" aksiyasında həbs edilənlərin həbs müddəti uzadılıb

Story Code : 89867
"Hicaba azadlıq" aksiyası məhbusları
"Hicaba azadlıq" aksiyası məhbusları
Azərbaycanda orta məktəblərdə tətbiq edilən hicab qadağasına etiraz əlaməti olaraq keçirilən "hicaba azadlıq" askiyasında həbs edilən 15 nəfərdən səkkizinin həbs müddəti uzadılıb.

Bu barədə İsmayılov Tərlanın vəkili Dillqəm Ağayev məlumat verib.

Onun bildirdiyinə görə, dünən məhkəmə onların həbs müddətini iki aylıq uzadıb.

Bu səkkiz nəfərin içində İsmayılov Tərlan, Orucov Şirxan, Məmmədov Talehin olduğunun dəqiq bildiyini önə çəkən vəkil digər 5 nəfərin barəsində məlumatının olmadığını bildirib. /HaqqYolu - İslamazeri/
Related Stories
Comment