0
Tuesday 24 November 2020 - 00:42

"Ərəb hakimləri məhv olmaq yolunda İsraildən də önə keçirlər!"

Story Code : 899571
"Ərəb hakimləri məhv olmaq yolunda İsraildən də önə keçirlər!"
"Nucəba" İslami Müqavimət Hərəkatının siyasi şurasının sədri Səudiyyə vəliəhdi ilə işğalçı İsrail Baş naziri arasındakı gizli görüş xəbərinə münasibət bildirib. Şeyx Əli Əsədi deyib ki, Ərəb hökmdarları varlıqlarını qorumağa çalışırlar, amma onlar son əməlləri ilə sionist rejimin süqutundan daha tez özlərini məhvə sürükləyir.

Şeyx Əli Əsədi sionist rejimin Baş nazirinin Səudiyyə vəliəhdi ilə görüşünün Səudiyyə Ərəbistanının əsl simasını ortaya qoyduğunu bildirib.

"Nucəba" İslami Müqavimət Hərəkatının Siyasi Şurasının sədri Twitter hesabında ​​yazıb: "Xəyanət və muzdur kimi fəaliyyət göstərmək ümməti zəiflədir. Səudiyyə rejimi bu xəyanətini yalan bəyanatlarla gizləməyə çalışır. Onlar məntəqədə sülhün bərqərar edilməsi adı altında öz fəaliyyətlərini olduğundan daha fərqli nümayiş etdirməyə çalışırlar..."

Qeyd edək ki, İsrail mətbuatı Netanyahu və Mossad rəisinin gizli şəkildə Səudiyyə Ərəbistanına getdiyini və Mayk Pompeounun da iştirakı ilə Səudiyyə vəliəhdi ilə görüşdə iştirak etdiklərini yazıb.
Source : IslamTimes