0
Wednesday 25 November 2020 - 10:22

Tramp jurnalistlərin suallarını cavablandırmaqdan imtina edib

Story Code : 899844
Tramp jurnalistlərin suallarını cavablandırmaqdan imtina edib
APA “TASS”-a istinadən xəbər verir ki, bunu Tramp Ağ Evdəki çıxışında deyib.

“Ölkəmizin xalqını təbrik etmək istəyirəm... DJIAindeksi  30 minlik xal qazanıb, bu, tarixin ən yüksək səviyyəsidir”, - deyə Tramp bildirib. O bu göstəricini “müqəddəs rəqəm” adlandırıb.

Tramp, həmçinin koronavirusa qarşı peyvəndin hazırlanması işlərindən çox məmnun qaldığını əlavə edib.

D.Tramp bir dəqiqədən az danışıb və jurnalistlərin seçki ilə bağlı suallarını cavablandırmadan Ağ Evdəki brifinq otağını tərk edib.