0
Thursday 26 November 2020 - 10:50

Azərbaycanın xarici işlər naziri iranlı həmkarına təşəkkür edib

Story Code : 900053
Azərbaycanın xarici işlər naziri iranlı həmkarına təşəkkür edib
SalamNews xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rəsmi tvitter səhifəsində yazıb.

Ötən gün İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə videokonfrans formatında görüşdüyünü bildirən XİN rəhbəri açıqlayıb ki, görüşdə tərəfləri maraqlandıran bir sıra məsələlər müzakirə edilib.

“Azərbaycan tarixinin xüsusi dövründə ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə verdiyi dəstəyə görə qarşı tərəfə təşəkkür ifadə olunub”, deyə Ceyhun Bayramov qeyd edib.
Related Stories