Axar.az xəbər verir ki, bunu Almaniya Xarici İşlər Nazirliyi iranlı nüvə fiziki Möhsün Fəxrizadənin qətlinə münasibət bildirərkən deyib.
“Gərginliyin ümumiyyətlə lazım olmadığı bir dövrdə Fəxrizadənin öldürülməsi bölgədəki gərginliyi yenidən artıracaq. Bütün tərəfləri gərginliyi artıracaq addımlardan çəkinməyə dəvət edirik”, - məlumatda bildirilib.
İslamTimes: Avropa Birliyi İranın nüvə alimi Möhsün Fəxrizadənin şəhid edilməsi ilə əlaqəli terror aktını cinayət və insan hüquqlarına zidd addım adlandırıb.