Teleqraf.com xəbər verir ki, Maduro amerikalı diplomatın öz adamları vasitəsilə Venesuelanın birinci xanımıyla əlaqə qurduğunu deyib.
“ABŞ Prezidenti Donald Trampla öz elçiləri vasitəsilə həmişə əlaqəmiz olub”, - Maduro qeyd edib.
Venesuela lideri ABŞ diplomatının göndərdiyi mesajla əlaqədar isə bunları söyləyib:
“Bildiriblər ki, əgər Madurodan boşansan, xarici ölkəyə səyahət edə biləcəksən və sənə bütün dəstəyi verəcəyik. Bu, bir roman deyil, gerçəkdir”.