0
Sunday 6 December 2020 - 01:09

Tramp Baydenin qələbəsini qəbul edən respublikaçıların siyahısını istədi

Story Code : 901923
Tramp Baydenin qələbəsini qəbul edən respublikaçıların siyahısını istədi
ABŞ prezidenti Donald Tramp Twitterdə Washington Post qəzetinin xəbərinə münasibət bildirib. Qəzet Nümayəndələr Palatasının və Senatın 26 respublikaçı üzvünün Demokrat namizəd Co Baydenin qələbəsini qəbul etdiyini yazıb.

Tramp Twitterdə ​​yazıb: "25 nəfər? Mən heyrət içindəyəm, bu olduqca çoxdur. Biz mübarizəyə yeni başlamışıq. Xahiş edirəm bu 25 Respublikaçı konqresmenin siyahısını mənə göndərin. Mən saxta Washington Postu mümkün qədər az oxumuşam."

Maraqlı nöqtə budur ki, Washington Post 26 Respublikaçının Baydenin qələbəsini qəbul etdiyini bildirib, Tramp isə Twitterdə 25-rəqəmi ilə bu mövzuya işarə edib.
Source : IslamTimes