0
Sunday 6 December 2020 - 14:19

BƏƏ: Ən yaxşı silahı bizə verin, yoxsa başqa ölkələrdən alacağıq

Story Code : 902015
BƏƏ: Ən yaxşı silahı bizə verin, yoxsa başqa ölkələrdən alacağıq
BƏƏ-nin Vaşinqtondakı səfiri Yusif Atiba verdiyi açıqlama zamanı bildirib ki, "F-35" qırıcı təyyarələrini ehtiva edən və hazırda Konqres tərəfindən nəzərdən keçirilən 23 milyard dollarlıq silah müqaviləsi hər iki tərəf üçün çox vacibdir. Silah sövdələşməsi Əbu Dabi ilə Vaşinqton arasında əməkdaşlığı artıracaq.

BƏƏ-nin ABŞ-dakı səfiri iddia edib ki, "F-35" müqaviləsi sadəcə silah sövdələşməsindən daha çoxdur, Yaxın Şərqi daha təhlükəsiz edəcək və ABŞ-ın digər qlobal problemlərə yönəlməsinə imkan yaradacaq.

İsrail rejiminin silah sövdələşməsinə dair razılığına toxunan Atiba, ölkəsinin Yəməndəki cinayətlərinə görə tənqid edilməsinə cavab olaraq bildirib ki, BƏƏ keçən ilin oktyabrından bu bəri qüvvələrini Yəməndən çıxarıb.

BƏƏ-nin Vaşinqtondakı səfiri, ölkəsinə qarşı Çin və Rusiya ilə geniş müdafiə və hərbi əməkdaşlıq qurduğuna görə ittihamları şişirdilmiş kimi qiymətləndirib və eyni zamanda deyib: "Bu iki ölkə ilə iqtisadi və diplomatik əlaqələrimiz var". /Eastnews/