0
Monday 8 August 2011 - 11:51

Daha 4 koalisiya əsgəri öldürüldü

Story Code : 90242
Daha 4 koalisiya əsgəri öldürüldü
Daha 4 koalisiya əsgəri öldürüldü
Anspress xəbər verir ki, Əfqanıstanda koalisiya qüvvələrinin 4 hərbçisi həlak olunb. Bu barədə məlumatı Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin rəsmi nümayəndəsi yayıb. Məlumata görə, NATO hərbçilərindən ikisi Əfqanıstanın şərqindəki Taqab əyalətində, digər ikisi isə cənubda silahlılar tərəfindən öldürülüb.

Fransa prezidentinin mətbuat xidmətinin bəyanatında Taqab əyalətində həlak olan şəxslərin Fransa hərbçiləri olduğu deyilir. Qeyd edək ki, bu ilin əvvəlindən indiyə kimi Əfqanıstada 383 hərbçi ölüb ki, onların əksəriyyəti amerikalı əsgərlərdir.


Milli.Az
Comment