0
Thursday 17 December 2020 - 15:16

"İsrail ordusu çökür!"

Story Code : 904338
"İsrail ordusu çökür!"
Məlumata görə, Şileh işğalçı İsrail ordusunda hərbi xidmətdən azad edilən əskərlərinin sayının qorxunc bir rəqəm təşkil ediyini söyləyib.

"Ordu gözümüzün önündə çökür" deyərək sözlərinə davam edən Şileh əlavə edib: "Hərbi xidmət yaşına çatmış israillilərin üçdə biri hərbi vəzifəsini yerinə yetirmək iqtidarında deyil. Hökumət haradadır? Nə üçün bir tədbir görülmür?"

Şileh qeyd edib ki, hər səkkiz çağırışçıdan biri 2020-ci ildə qanunda nəzərdə tutulmuş "fiziki qüsur" bəndinə görə hərbi xidmətdən azad edilib. Xidmətdən azad edilənlərin əksəriyyətinin qüsuru psixoloji cəhətdəndir. Bu nisbət hər ötən gün daha da artır.

Qeyd edək ki, daha öncə sionist Haaretz qəzeti də, 2020-ci ildə psixoloji səbəblərdən hərbidən azad olunan şəxslərin rekordu səviyyəyə çatdığını yazmışdı.
Source : IslamTimes