0
Tuesday 22 December 2020 - 09:56

İrandan Avropaya: Son şansınız qalıb!

Story Code : 905352
İrandan Avropaya: Son şansınız qalıb!
Axar.az xəbər verir ki, bu sözləri İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Tvitter səhifəsində yazıb.

“Birgə Hərtərəfli Fəaliyyət Planında (BHFP) qalan ölkələrin nazirləri ilə görüş zamanı bildirdim ki, Avropa üçlüyünün (Böyük Britaniya, Fransa və Almaniya) sazişi qorumaq üçün son şansı qalıb”, - deyə Zərif bildirib.

O bildirib ki, iqtisadi məlumatlar avropalıların nüvə sazişi ilə bağlı öhdəliklərini pozduğunu və bunda iranlılara dəyən zərərə görə məsuliyyət daşıdığını göstərir.