0
Wednesday 23 December 2020 - 01:03

"İran Azərbaycan ərazilərində su və elektrik sahəsini bərpa etməyə hazırdır"

Story Code : 905543
"İran Azərbaycan ərazilərində su və elektrik sahəsini bərpa etməyə hazırdır"
APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın energetika naziri Rza Ərdəkanian Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayevlə görüşdən sonra jurnalistlərə açıqlamasında deyib.

R.Ərdəkanian bildirib ki, bu istiqamətdə çoxlu sayda İran şirkəti əməkdaşlıq etməyə hazırdır.

O bildirib ki, iki ölkə arasında enerji mübadiləsinin müddətinin uzadılması haqda danışıqlar aparılıb: “Azərbaycan və İran dünyada sərhəd çaylarının birgə istismarında uzun keçmişə sahib ölkələrdəndir. Xudafərin və Qız Qalası su hidroqovşaqlarının istismarı haqda müzakirələr aparılır”.