Axar.az xəbər verir ki, Təl-Əvivdən Mərakeşin paytaxtı Rabata gələn təyyarə məcburi şəkildə Yunanıstanın hava məkanına daxil olub və buradan Mərakeşin hava limanına keçib.
Bildirilib ki, işğalçı İsrail təyyarəsi Aralıq dənizi üzərindən Yunanıstana, daha sonra İtaliya və İspaniya hava məkanından yararlanmaqla Mərakeşə çatıb.
Qeyd edək ki, sionist rejimlə Mərakeş arasında münasibətlərin bərpası barədə razılıq əldə olunub.