0
Monday 28 December 2020 - 10:58

ABŞ-da hərbçi 6 nəfəri güllələyib, onlardan 3-ü ölüb

Story Code : 906637
ABŞ-da hərbçi 6 nəfəri güllələyib, onlardan 3-ü ölüb
APA CNN-ə istinadən xəbər verir ki, Florida sakini 37 yaşlı Dyuke Uebb odlu silahdan atəş açaraq 3 nəfəri qətlə yetirib.

Polisin məlumatına görə, daha 3 nəfər yaralanıb. Hadisə yerinə gələn polis D.Uebbi saxlayıb.

Araşdırma nəticəsində məlum olub ki, Uebb ABŞ ordusunda xidmət edir.

Şəhərin polisi rəisi Daniel O'Şea jurnalistlərə açıqlamasında bildirib ki, hadisə çox güman, bilərəkdən törədilməyib.