0
Saturday 2 January 2021 - 01:53

Trampın tərəfdarları mitinq keçirməyə hazırlaşır

Story Code : 907456
Trampın tərəfdarları mitinq keçirməyə hazırlaşır
APA xəbər verir ki, bu barədə Tramp özünün “Twitter” səhifəsində bildirib.

“6 yanvarda saat 11:00-da (Bakı vaxtı ilə 20:00) Vaşinqtonda böyük bir etiraz mitinqi keçiriləcək”, - yazan Tramp mitinqin yeri barədə daha sonra məlumat veriləcəyini qeyd edib.

Qeyd edək ki, yanvarın 6-da ABŞ Konqresinin Senatı və Nümayəndələr Palatası 14 dekabr tarixində Seçki Kolleciyasının keçirdiyi səsvermə nəticələrini rəsmi olaraq təsdiqləməlidir. Həmin nəticələrə əsasən, Cozef Bayden ABŞ-ın növbəti prezidenti seçilib.