0
Monday 4 January 2021 - 16:25

Trampın səs yazısı başına bəla oldu!

Story Code : 908042
Trampın səs yazısı başına bəla oldu!
ABŞ-ın yeni seçilmiş prezidentinin baş müşaviri Bob Bauer Trampla Corciya rəsmisi arasındakı səs yazısının üzə çıxmasının Trampın demokratiyaya hücumu kimi qiymətləndirib.

Bob Bauer deyib: "Prezident Trampın seçkilərin nəticələrini ləğv etmək üçün göstərdiyi təzyiqləri, hədələri şiddətlə qınayırıq. Bu ABŞ demokratiyasına qarşı yönəlmiş hərəkətlərdir. Tramp seçkinin qanuni nəticələrini ləğv edərək yerinə saxta səslərin qeydə alınmasını istəyir. Bu məsələ ilə bağlı ciddi dəlillərə sahibik!"

Qeyd edək ki, Doald Tramp bu səs yazısından sonra üzr istəmək əvəzinə, onun nüfuzdan düşməsinə səbəb olan bu səs yazısını yayanları məhkəmə ilə hədələyib.
Related Stories