APA xəbər verir ki, belə bir məlumatı federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Con Hopkins Universiteti təqdim edilib.
Ən çox yoluxma Kaliforniya (2,45 milyon), Texas (1,82 milyon), Florida (1,37 milyon), Nyu-York (1 milyon) və İllinoys (984 min) ştatlarında qeydə alınıb.
ABŞ koronavirusa yoluxma və bu virusdan ölüm sayına görə dünyada birinci yerdədir.
Son məlumatlara görə, ABŞ-ın üç ştatında – Kaliforniya, Kolorado və Florida – koronavirusun mutasiyaya uğramış (“Britaniya” variantı) yeni növünün daşıyıcıları da aşkar edilib. Ekspertlər bu növ virusun 70% daha çox yoluxucu ola biləcəyi qənaətindədir.