0
Monday 11 January 2021 - 10:18

Suriyada qruplaşmaların nəzarətində olan bölgədə neft anbarına aviazərbələr endirilib

Story Code : 909421
Suriyada qruplaşmaların nəzarətində olan bölgədə neft anbarına aviazərbələr endirilib
SalamNews əl-Aləmə istinadla xəbər verir ki, ötən gecə əl-Bab şəhəri ətrafında Tarhin qəsəbəsində yerləşən neft çənlərinin saxlanıldığı məkana hava zərbələri endirilib.

Hava zərbələri naməlum PUA-lar tərəfindən endirilib.

Bu hücumun Rusiya və ya ABŞ koalisiyasına aid PUA-lar tərəfindən həyata keçirildiyi ehtimal edilir.

Hava zərbələri şiddətli partlayışlar və yanğınlara səbəb olub.

Mərkəzi Londonda yerləşən “Suriya İnsan Hüquqları Müşahidə Qrupu”nun məlumatına görə ötən ayın 20-də də həmin məkana naməlum PUA-lar tərəfindən aviazərbələr endirilib.