0
Wednesday 13 January 2021 - 10:50

“YouTube” Trampın hesabını dondurdu

Story Code : 909853
“YouTube” Trampın hesabını dondurdu
“Report” xəbər verir ki, bu barədə CNN videohostinqin təmsilçisinə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, bu yaxınlarda Trampın kanalında yerləşdirilən video şiddət tətbiqinə təhrik edib və bu səbəbdən də silinib. “YouTube” nümayəndəsi əlavə edib ki, hesabın açılması məsələsinə bir həftədən sonra yenidən baxılacaq.

Qeyd edək ki, bundan əvvəl “Twitter” və “Facebook” də Trampı şiddətə təhrik etməkdə günahlandıraraq onun hesablarının müddətsiz dondurulduğunu açıqlamışdı. Onların ardınca az tanınan sosial şəbəkələr də eyni addımı atıb.

Xatırladaq ki, yanvarın 6-da Tramp tərəfdarları Konqresin binasına hücum edərək parlamenti son seçkinin nəticələrinin təsdiqlənməli olduğu iclasa ara verməyə məcbur edib. Kapitoli iğtişaşları nəticəsində beş nəfər ölüb. /Deyerler/