0
Wednesday 13 January 2021 - 15:23

Netanyahunun iqamətgahı önündə toplanan etirazçılar saxlanıldı

Story Code : 909895
Netanyahunun iqamətgahı önündə toplanan etirazçılar saxlanıldı
İşğalçı İsrail rejimi KİV-nin verdiyi məlumata görə, İsrail mediasının Netanyahunun korrupsiya ittihamı ilə bağlı məhkəmə prosesinin növbəti tarixi barədə açıqlaması, sionist rejimdə etiraz aksiyalarının yenidən start götürməsinə səbəb olub. Polis çərşənbə günü Netanyahunun iqamətgahı yaxınlığında bir neçə nümayişçini həbs edərək aksiyanı dayandırmağa çalışıb.

Sionist rejim polisi, Benyamin Netanyahunun işğal olunmuş Qüdsdəki iqamətgahı yaxınlığında yeddi nümayişçini həbs etdiyini bildirib.

"Jerusalem Post" qəzetinin yazdığına görə, səhər saatlarında işğalçı İsrail baş nazirinin iqamətgahı yaxınlığında toplanan nümayişçilər kloun paltarında Netanyahuya qarşı şüarlar səsləndiriblər.

İsrail mediasında yer alan xəbərlərə görə, 100-ə yaxın sionist, koronavirus səbəbindən Netanyahunun məhkəməsinin təxirə salınmasına etiraz edib və baş nazirin iqamətgahına doğru yürüş keçiriblər.
Related Stories