0
Saturday 16 January 2021 - 09:37

Donald Tramp Administrasiyası Ağ Evi tərk etməmişdən öncə İrana yeni sanksiyalar tətbiq edib

Story Code : 910462
Donald Tramp Administrasiyası Ağ Evi tərk etməmişdən öncə İrana yeni sanksiyalar tətbiq edib
SalamNews BBC-ə istinadla xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Mayk Pompeo bəyanat verib.

ABŞ dövlət katibi yeni sanksiya paketinin İranın Dənizçilik, Aviasiya və Aviakosmik sənayelərini hədəfə aldığını bildirib.

Sanksiyaların bir qismi İranın dəniz nəqliyyatı ilə bağlıdır. Bu sahə üzrə 7 hüquqi və fiziki şəxsə sanksiya tətbiq edilib.

ABŞ dövlət katibi bildirib ki, bu şirkətlər “ənənəvi silahların satışı və yayılması”nda ittihamlandırılır.

Qeyd edək ki, Donald Tramp Administrasiyası dünya ictimaiyyətinin 2015-ci ildə İranla əldə etdiyi nüvə sazişindən birtərəfli qaydada çıxandan sonra, bu ölkəyə qarşı sərt sanksiyalara başlayıb. İran da cavab olaraq sazişdəki öhdəliklərini azaldıb.