ABŞ-ın Məşhəd ziyarəti fonduna sanksiya tətbiqinə "Hizbullah" reaksiya bildirdi
Story Code : 910643
"Hizbullah" tərəfindən yayımlanan yazılı açıqlamada bu ifadələr yer alıb:
"Donald Tramp hökumətinin bitməsinə bir neçə gün qalmış ABŞ Dövlət Departamentinin çılğınlığının artdığı müşahidə olunur.
ABŞ-ın Qüds Rəzəvi (AQR) təşkilatını və onun qoruyucusu Şeyx Əhməd Mərvini sanksiya siyahısına salınması tayı-bərabəri olmayan bir hərəkətdir. Bu qurum milyonlarla müsəlmana müqəddəs bir ibadət yeri olduğu üçün ABŞ-ın qərarı İslama təhqir hesab olunur."
Yazılı açıqlamada "ABŞ-ın bu qərarı bu ölkənin rəhbərlərinin əxlaqi və intellektual dərəcələrinin azaldığını göstərir", - deyilib.
Qeyd edək ki, Astan Qüds Rəzəvi (AQR) təşkilatı Cəfəri şiələrin İranın Məşhəd şəhərində yerləşən İmam Rzanın ziyarətgahının fondudur. /Eastnews/