0
Monday 18 January 2021 - 11:11

Rusiya ABŞ-da ifadə azadlığının pozulması ilə bağlı etiraz planı hazırlayıb

Story Code : 910838
Rusiya ABŞ-da ifadə azadlığının pozulması ilə bağlı etiraz planı hazırlayıb
Rusiya XİN sözçüsü Mariya Zaxarova jurnalistin ABŞ-da ifadə azadlığının pozulması ilə bağlı sualına cavab olaraq deyib: "Bu sahədə bizim müəyyən planımız var. Biz ABŞ-da ifadə azadlığının pozulmasına etiraz etməyə hazırlaşırıq."

Zaxarova bu etiraz planı haqda təfərrüatları açıqlamayıb. Amma Rusiya Milli Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev şənbə günü bildirmişdi ki, ABŞ Prezidenti Donald Trampın sosial media hesablarının bağlanması ABŞ-da ciddi senzuranın olduğunu göstərir.

Qeyd edək ki, bəziləri ABŞ-da son seçkilərdən sonrakı hadisələri, o cümlədən Donald Trampın sosial media hesablarına qadağalar tətbiq edilməsini ifadə azadlığının açıq şəkildə pozulması kimi dəyərləndirib.