ABŞ Prezidenti Donald Tramp rəqib ölkələrdən dövlət sifarişi əsasında PUA-ların alışının məhdudlaşdırılması barədə sərəncam imzalayıb.
Axar.az xəbər verir ki, bu məlumatı Ağ Evin mətbuat xidməti yayıb.
Sərəncamda bildirilib ki, bu PUA-ların istifadəsi ölkənin milli və iqtisadi təhlükəsizliyinə təhdid yaradır.
Qeyd edək ki, ABŞ-ın rəqib ölkələri siyahısına Rusiya, Çin, İran və Şimali Koreya daxil olub.