0
Tuesday 19 January 2021 - 11:00

Livanın Müdafiə naziri İsrail təcavüzünə son qoyulmasına çağırdı

Story Code : 911047
Livanın Müdafiə naziri İsrail təcavüzünə son qoyulmasına çağırdı
Livan Müdafiə naziri Zeina Akr BMT sülhməramlılarının direktoru Stefano Delcoul ilə görüşüb. Görüş Beyrutda baş tutub. Məlumata görə, görüş zamanı iki tərəf Livandakı son təhlükəsizlik hadisələrini müzakirə edib. İclas zamanı Livan Müdafiə naziri İsrail rejiminin ölkənin milli suverenliyinə təcavüzünə dərhal son qoyulmasını istəyib:

"İsrail Livan hava məkanına və dənizinə dəfələrlə edilən təcavüzləri dayandırmalıdır. İsrail tərəfi BMT qətnamələrinə, xüsusən də 33 günlük müharibədən sonra çıxarılan 1701 saylı qətnaməyə əməl etməlidir. Livan hava, dəniz və quru sərhədlərinə edilən hər hansı bir təcavüzü rədd edir". /Eastnews/